Bundesliqanın ən yaxşısı seçildi
Almaniya bundesliqasında ilin ən yaxşı futbolçusunun adı məlum olub.

"Bavariya"nın yarımmüdafiəçisi Frank Riberi ilin ən yaxşı oyunçusu seçilib.

Səsvermədə iştirak edən Almaniya əsas və ikinci liqasının 36 klubunun kapitanlarının əksəriyyəti seçimini fransız futbolçuya tərəf edib.

"Borussiya"nın (Dortmund) hücumçusu Robert Levandovski isə ikinci olub.

Qeyd edək ki, F.Riberi bundan əvvəl Fransanın ən yaxşı futbolçusu seçilmişdi.

Xəbər 812 dəfə oxundu.