Məşqçilər üçün ümumrespublika seminarı keçiriləcək
21-23 dekabr 2013-ci il tarixdə “Sərhədçi” İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı keçiriləcək.

Çempionat günlərində klub və cəmiyyətlərdə fəaliyyət göstərən məşqçi müəllimlər üçün ümumrespublika seminarı keçiriləcək. Seminarlar Azərbaycan Güləş Federasiyası rəhbərliyinin göstərişi ilə yığma komandanın baş məşqçi müəllimi və AGF-nin Hakimlər Kollegiyası tərəfindən aparılacaq.

Seminarın keçirilməsində məqsəd Beynəlxalq Güləş Federasiyası tərəfindən güləş qaydalarında və çəki dərəcələrində edilən dəyişikliklər barədə yerli məşqçi və mütəxəssisləri məlumatlandırmaq, son keçirilən yarışlardan videogörüntülər izlədilərək qaydaları izah etmək, güləşçilərin hazırlığı üçün müasir məşq metodları barədə nəzəri və praktiki biliklər paylaşmaqdan ibarətdir.

Yunan-Roma güləşi üzrə seminar dekabrın 20-də saat 14.00-da, sərbəst güləş üzrə seminar isə dekabrın 22-də saat 14.00-da baş tutacaq.

Xəbər 829 dəfə oxundu.