"Riberinin baş məşqçisi olmaq mənim üçün böyük şərəfdir"
"Bavariya" klubunun baş məşqçisi Pep Qvardiola futbolçusu Frank Riberi haqda xoş sözlər deyib.

"Goal.com"a danışan ispaniyalı mütəxəssis Riberini çalışdırmağın onun üçün böyük şərəf olduğunu bildirib:

"Riberinin baş məşqçisi olmaq mənim üçün böyük şərəfdir. O, bütün oyunlara böyük həvəslə yanaşır. Çox sürətlidir və tez-tez hücumdan müdafiəyə qayıdaraq komandaya kömək edir. Riberi ilə işləmək mənə çox rahatdır".

Xəbər 907 dəfə oxundu.