PSJ "Real"ın futbolçusunu istəyir
"Real" (Madrid) klubunun müdafiəçisi Rafael Varan karyerasını Fransa liqasında davam etdirə bilər.

20 yaşlı futbolçu ilə PSJ klubu yaxından maraqlanır.

Paris təmsilçisi gələn ay gənc futbolçu ilə danışıqlara başlamaq niyyətindədir. "Real"ın əsas heyətindən kənarda qalan fransız futbolçunun da vətəninə qayıtmaq istədiyi bildirilir.

Qeyd edək ki, Varan 2011-ci ildə "Lans"dan "Real"a transfer olunmuşdu.

Xəbər 777 dəfə oxundu.