Ronaldo Pelenin rekordunu qıra bilər
"Real" (Madrid) klubunun futbolçusu Kriştiano Ronaldo Brazliyanın canlı əfsanəsi Pelenin rekordunu qıra bilər.

Portuqaliyalı hücumçuya futbol tarixində bir il ərzində ən çox qol vuran Pelenin (75 qol) rekordunu qırmaq üçün 7 qol lazımdır.

2013-ci ildə 68 qol vuran Ronaldonun bu il forma geyinə biləcəyi yalnız bir matç var. Əgər, o, La Liqada "Valensiya" ilə oyunda 7 dəfə fərqlənərsə, çox çətin bir rekordu qırmış olacaq.

Qeyd edək ki, Pele 1958-ci ildə bu uğuru qazanıb.

Xəbər 777 dəfə oxundu.