Mourinyo "Sanderlend"ə məğlubiyyəti şərh etdi
"Çelsi"nin baş məşqçisi Joze Mourinyo İngiltərə kubokunda gözlənilmədən "Sanderlend"ə məğlub olduqları oyunla (1:2) bağlı danışıb.

Təcrübəli mütəxəssis müdafiə futbol oynamaq istəmədiyi və komandasının daha çox qol vurmalı olduğunu deyib:

"Əgər 1:0 hesabı ilə qazanmaq istəsəm, buna nail olaram. Çünki futbolda ən asanı budur. Hər oyun mükəmməl oynamaq məcburiyyətində olmasaq da, qazanmalıyıq. Son matçlarda ikinci hissənin əvvəlində qol vururuq. Amma sonradan hesabı artıra bilmədiyimiz üçün rəqiblərimiz qalib gəlir.

Mourinyo həmçinin hücumçusu Fernando Torresdən narazılığını da ifadə edib: "Bizim əvvəl tanıdığımız Torres rəqibinə çətin anlar yaşadırdı".

Xəbər 782 dəfə oxundu.