Türkiyə kubokunda V tura start verildi
Futbol üzrə Türkiyə kubokunda V turun oyunlarına start verilib.

İlk oyun günündə bir qarşılaşma baş tutub.

İki superliqa təmsilçisi - "Karabükspor" və "Elazığspor" komandalarının qarşılaşmasında əsas və əlavə vaxtda bərabərlik qeydə alınıb -1:1. Penaltilər seriyasında isə dəha dəqiq olan "Elazığspor" 4:2 hesabı ilə qalib gəlib və növbəti mərhələyə adlayıb.

Qeyd edək ki, turun digər oyunları bu gün və sabah keçiriləcək.

17 dekabr

Türkiyə kuboku, V tur

"Karabükspor" - "Elazığspor" - 1:1 (Penaltilər seriyası - 2:4)



18 dekabr

"Tokatspor" - "Kayserispor"

"Eskisehirspor" - "Fethiyespor"

"Qalatasaray" - "Balikesirspor"

"Bucaspor" - "Antalyaspor"


19 dekabr

"Sivasspor" - "Nazilli Belediyespor"

"Erciyesspor" - "Akhisar"

"Bursaspor" - "Inegolspor"

Xəbər 1036 dəfə oxundu.