"Mançester Siti"dən Musleraya 20 milyon avro
İngiltərənin "Mançester Siti" klubu "Qalatasaray"ın qapıçısı Fernando Musleranı heyətinə qatmaq istəyir.

Uzun müddətdir uruqvaylı qapıçını transfer etmək istəyən ingilis klubu bunun üçün 20 milyon avrosundan keçməyə hazırdır.

Mançester təmsilçisi həmçinin Madrid "Real"ının qapıçısı İker Kasilyasla da yaxından maraqlanır. Yerli mətbuatın yazdığına görə, Kasilyasın transferi baş tutmayacağı təqdirdə Muslera üçün "Qalatasaray"a təklif irəli sürüləcək.

Xəbər 847 dəfə oxundu.