Saşa Yunisoğlunun yeni baş məşqçisi məlum oldu
Azərbaycanlı futbolçu Saşa Yunisoğlunun çıxış etdiyi Türkiyənin "Dənizlispor" klubunun yeni baş məşqçisi məlum olub.

İdman.com.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bundan sonra 45 yaşlı mütəxəssis Özcan Bizati komandaya rəhbərlik edəcək.

Qeyd edək ki, bu, 2013-cü ildə "Dənizlispor" klubunda üçüncü baş məşqçi dəyişikliyidir.

Xəbər 812 dəfə oxundu.