Samuxda şahmat üzrə rayon birinciliyi keçirilib
Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyevin vəfatının anım günü münasibəti ilə 10-11 dekabr tarixlərdə Samux rayonunda Şahmat üzrə rayon birinciliyi keçirilib. Əsasnaməyə əsasən yarış 2,3 və 4-cü sinif şagirdləri arasında təşkil edilib.

Yekun nəticələrə görə birinciyə Emin Hüseynov, ikinciyə Fazil Tağıyev, üçüncü yerə Adil Abdullayev layiq görülüb.

Sonda qaliblər Gənclər və İdman İdarəsinin diplom və qiymətli hədiyyələri ilə, əlavə olaraq 5 nəfər oyunçu həvəsləndirici hədiyyələrlə təltif olunublar.

Xəbər 2122 dəfə oxundu.