Futbol üzrə Azərbaycan milli komandası təlim-məşqlərə başladı

Futbol üzrə “Avro-2012”nin seçmə mərhələsi çərçivəsində oktyabrın 7-də Avstriya, oktyabrın 11-də isə Türkiyə yığması ilə qarşılaşacaq Azərbaycan milli komandası bu gündən təlim-məşqlərə başlayıb.

Baş məşqçi Berti Foqts heyətdə aşağıdakı futbolçuları cəlb edib:
Kamran Ağayev (“Xəzər- Lənkəran”), Andriy Popoviç (“Sumqayıt Şəhər”), Aqil Məmmədov (“Bakı”), Rəşad Sadıqov (“Qarabağ”), Volodimir Levin (“İnter”), Saşa Yunisoğlu (“Qəbələ”), Vurğun Hüseynov (“Qəbələ”), Aqil Nəbiyev (AZAL), Rail Məlikov (“Neftçi”), Elnur Allahverdiyev (“Xəzər-Lənkəran”), Ruslan Əmircanov (“Neftçi”), Ruslan Abışov (“Neftçi”), Aleksandr Çertoqanov (“Qəbələ”), Rəşad Sadiqov (“Qarabağ”), Rahid Əmirquliyev (“Xəzər-Lənkəran”), Namiq Yusifov (“Qarabağ”), Mahir Şükürov (“Qəbələ”), Ufuk Budak (“Frayburq”, Almaniya), Əfran İsmayılov (“Qarabağ”), Branimir Subaşıç (“Xəzər- Lənkəran”), Vüqar Nadirov (“Qarabağ”), Vaqif Cavadov (“Volqa”, Rusiya), Rauf Əliyev (“Qarabağ”), Elşən Məmmədov (AZAL) və Murad Hüseynov (“Qəbələ”).

Xatırladaq ki, millimiz oktyabrın 7-də Bakıda Avstriya ilə keçirəcəyi oyunun ertəsi gün Türkiyəyə yollanacaq.

Xəbər 1060 dəfə oxundu.