Binəqədi rayonunda voleybol üzrə rayon birinciliyi keçirilib
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının “2013-2014-cü tədris ili müddətində Binəqədi rayon məktəbliləri arasında XXVI Spartakiadanın keçirilməsi haqqında” sentyabrın 23-də 275 saylı Sərəncamına müvafiq olaraq, eyni zamanda yeniyetmə və gənclərin sağlamlığının qorunması, kütləvi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi məqsədilə oktyabrın 28-də 248 saylı tam orta məktəbdə XXVI Spartakiadanın proqramına daxil olan “Voleybol” (qızlar) üzrə rayon birinciliyi keçirilib.

18 komanda tərkibində 216 nəfər idmançının iştirakı ilə keçirilən yarışın nəticələrinə görə, birinciyə 3, ikinciyə 284, üçüncü yerə 248 saylı tam orta məktəbin komandası layiq görülüb.

Qalib komandalar Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən mükafatlandırılıblar.

Xəbər 1187 dəfə oxundu.