Parataekvondoçularımız Avropa çempionatında 11 medal qazanıblar
Para-taekvondo üzrə Moskvada keçirilən birinci Avropa çempionatında 15 nəfərdən ibarət yığma komandamız iştirak edib. Parataekvondo üzrə baş məşqçi, respublikanın əməkdar məşqçisi Əvəz Tağıyev və köməkçi məşqçi Yaşar Səfərovun rəhbərliyi altında təmsilçilərimiz uğurla çıxış edərək 11 medal qazanıblar. Komandamızın üzvlərindən Nicat Müslümov (68 kq), Aleksandr Polişuk (80 kq) və Aynur Məmmədova (57 kq) qitə çempionatının qızıl medalına layiq görülüblər. Namiq Abbasov (58 kq), Anar Hüseynov (68 kq), Vüsal İsmayılov (+80 kq) və Cahangir Bayramov (+80 kq) gümüş medal qazanıblar. Qitə çempionatının bürünc medalını isə Emin Nüsrətdinov (58 kq), Sahib Xasıyev (58 kq), Rövşən Qəhrəmanlı (58 kq) və Röyalə Fətəliyeva (49 kq) alıblar. Komandamız Avropa çempionatında ümumi hesabda II olub.

Xəbər 1278 dəfə oxundu.