Halk "Zenit"i "Çelsi"yə dəyişir
"Zenit" klubunun hücumçusu Halk karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

"Çelsi" klubu braziliyalı futbolçunun transferində maraqlıdır.

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo mövsümün sonunda Halkı komandasında görmək istəyir. London təmsilçisinin Halk üçün 45 milyon avro xərcləməyə hazır olduğu iddia olunur. Tərəflər arasında razılıq əldə olunarsa, Hakl yeni mövsümdən "Çelsi"nin formasını geyinəcək.

Qeyd edək ki, 27 yaşlı futbolçu 2012-ci ildə "Porto"dan "Zenit"ə transfer olunmuşdu.

Xəbər 965 dəfə oxundu.