Həybətulla Hacıəliyev: «İlk döyüş həmişə çətin keçir»

«İlk döyüş həmişə çətin keçir. Çünki idmançıda həyacan olur. Amma sonradan yarışın ab-havasına alışırsan və hər şey qaydasına düşür». Bu açıqlamanı idman.com.az saytının əməkdaşına Həybətulla Hacıəliyev verib. Bakıda təşkil edilən boks üzrə dünya çempionatında 64 kq-da misirli rəqibi Əli İslamı 17:5 məğlub edən idmançımız qələbədən sonra deyib: «Hamımız London olimpiadasına lisenziya qazanmaq istəyirik. Bunun üçün yaxşı hazırlıq da keçmişik. Ümid edirəm ki, istəyimi gerçəkləşdirəcəm».

Xəbər 2043 dəfə oxundu.