Lam: "Arsenal" bizə problemlər yarada bilər"
"Bavariya" klubunun kapitanı Filip Lam Çempionlar Liqasında 1/8 finalın püşkünü dəyərləndirib.

"Goal.com"a danışan almaniyalı futbolçu "Arsenal"ın güclü rəqib olduğunu bildirib:

"Arsenal" güclü rəqibdir. Onlar bizə böyük problemlər yarada bilərlər. Təbii ki, biz buna imkan verməməyə çalışacağıq. "Bavariya"nın hədəfi bəllidir. Növbəti mərhələyə yüksəlmək. Bunu bacaracağımıza inanıram".

Qeyd edəl ki, "Arsenal" və "Bavariya" komandaları arasında oyunlar 19 fevral və 11 mart tarixlərində keçiriləcək.

Xəbər 780 dəfə oxundu.