Sanya yayılan xəbərlərə münasibət bildirib
"Arsenal" klubunun müdafiəçisi Bakari Sanya mövsümün sonunda komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Fransız futbolçu ona gələcək təklifləri dəyərləndirəcəyini vurğulayıb:

"Daha öncə "Arsenal"dan futbolçular ayrıldıqda çox məyus olurdum. Hazırda onlar komandada qalsaydı, daha fərqli "Arsenal" görərdiniz. Bu komanda ilə kuboklar qazanmaq istəyirəm. Klubumu çox sevirəm, ancaq kuboklar əksikdir. 6 ay sonra "Arsenal"la müqaviləm bitəcək. Təbii ki, mənə gələcək təklifləri dəyərləndirəcəyəm. Amma "Arsenal"la da əlaqəmi kəsməyəcəm".

Qeyd edək ki, 2007-ci ildən "Arsenal"ın şərəfini qoruyan Sanya bu komandanın heyətində 191 oyun keçirib.

Xəbər 841 dəfə oxundu.