"Tottenhem" Andre Villaş-Boaşla yolları ayırdı
"Tottenhem" baş məşqçisi Andre Villaş-Boaşı istefaya göndərib.

Bu barədə klubu rəsmi saytı məlumat yayıb. Portuqaliyalı çalışdırıcı ilə qarşılıqlı razılaşma ilə müqavilənin ləğv olunduğu bildirilib.

Komandanın son oyunlarda böyükhesabla məğlub olması A.Villaş - Boaşla yolların ayrılmasına səbəb olub.

Qeyd edək ki, gənc mütəxəssis son açıqlamasında "Tottenhem"dən getməyəcəyini bildirmişdi.

Xəbər 856 dəfə oxundu.