Andre Villaş-Boaş: "İstefa verməyəcəm"
"Tottenhem"in baş məşqçisi Andre Villaş-Boaş komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Portuqaliyalı çalışdırıcı deyib ki, son oyunlarda böyük hesbabla məğlub olmalarına baxmayaraq, istefa verməyəcək:

"Avropa Liqasında yolumuza davam edirik. Bu mövsüm kuboku qazanacağımıza inanıram. Düzdür, Premyer Liqada işlərimiz heç də yaxşı getmir. Ancaq yenə də gec deyil. Hər şey dəyişə bilər. İstefa verməyəcəm və mübarizə aparacam. Komandamın yaxşı yerlərə yüksəlməsinə çalışacam".

Xəbər 789 dəfə oxundu.