SOCAR-ın 5-ci qələbəsi
Sloveniyanın Roqaska Slatina şəhərində keçirilən şahmat üzrə klublararası Avropa çempionatı finişə yaxınlaşır. SOCAR bu gün keçirilən 6-cı turda “Tomsk-400”ə 4:2 hesabı ilə qalib gəlib.
VI tur

SOCAR – Tomsk-400 - 4:2

Teymur Rəcəbov – Ruslan Ponomoryov - 1:0
Aleksnadr Qrişuk – Aleksandr Motılev - 0,5:0,5
Şəhriyar Məmmədyarov – Ernesto İnarkiyev - 1:0
Emil Sutovski – Aleksandr Areşenko - 0:1
Andrey Volokitin – Viktor Boloqan - 1:0
Rüstəm Qasımcanov – İqor Kurnosov - 0,5:0,5

6-cı turdan sonra turnir cədvəlində vəziyyət aşağıdakı kimidir:
1. “Sankt-Peterburq Şahmat Federasiyası” (Rusiya) – 11 xal (şəxsi göstəricisi 28),
2. “Baden Baden” (Almaniya) – 11 xal (27),
3-4. SOCAR (Azərbaycan), “Ekonomist” (Rusiya) – 10 (27,5)
5. ŞSM-64 (Rusiya) – 10 (27)
6. “Mika” (Ermənistan) – 10 (25,5)
7. “G-Team Novi Bor” – 9 (26)
8. “Bosna” – 9 (22,5)...

Xəbər 2143 dəfə oxundu.