"Real" və "Atletiko" ilə çempionluq şanslarımız eynidir"
"Barselona"nın futbolçusu Serxio Buskets İspaniya La Liqası haqda danışıb.

Yarımmüdafiəçi deyib ki, La Liqada "Barselona" kimi "Real" (Madrid) və "Atletiko"nun (Madrid) da çempionluq şansları eynidir:

"Birincilik uğrunda mübarizə aparan üç komanda var. "Barsa", "Real" və "Atletiko" eyni səviyyəli klublardır. Buna görə də şanslar bərabərdir".

Qeyd edək ki, hazırda La Liqada Kataloniya klubu və "Atletiko" 43 xalla zirvəni bölüşdürürlər. "Real" isə 38 xalla üçüncüdür.

Xəbər 832 dəfə oxundu.