Fariz Məmmədov 8-ci raund tab gətirdi
Azərbaycanın peşəkar boksçusu Fariz Məmmədov dünən IBF və WBO versiyaları üzrə Avropa kəməri uğrunda döyüşdə almaniyalı Matias Pelklə üz-üzə gəldi. İdman.com.az xəbər verir ki, Qəbələ Olimpiya İdman Kompleksində təşkil olunacaq şou gecəsi saat 21:10-da başladı.

Öncə rinqə +91 kq-da mübarizə aparan yerli idmançı Elçin Əhmədovla latviyalı Janis Ginters çıxdılar. Bu rəqabət 4 raundluq oldu. Üstün boks nümayiş etdirən təmsilçimiz yekunda qalib gəldi.
Sonra 6 hissəli mücadilədə Vüsal Əliyev (Azərbaycan) albaniyalı boksçu Armand Qullhayla (72,5 kq) qarşılaşdılar. Xala-xal prinsipi ilə keçən döyüşdə, hakimlərin yekdil qərarı ilə xeyrimizə oldu.
Daha sonra Rəşad Kərimov (Azərbaycan) 6 raundluq görüşdə kuba təmsilçisi Migel Velozonu (79,8 kq) sınağa çəkdi. Gərgin mücadilədə rəqib idmançı qalib gəldi. Qeyd edək ki, bu qarşılaşmaların hər üçü reytinq xarakterli idi.

Şou gecəsini izləmək üçün, paytaxtdan Qəbələyə idman ictimaiyyətinin nümayəndələri də gəlmişdilər. Onların arasında gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, ABF-in prezidenti Kəmaləddin Heydərov, «Qəbələ» idman klubunun başçısı Tale Heydərov, AGF-in vitse-prezidenti Elçin Cəfərov, olimpiya çempionları Namiq Abdullayev, Fərid Mansurov və Elnur Məmmədli və digər titullu idmançılar vardı.

+91 kq-da daha bir döyüş baş tutdu. WBCA İnterkontinental kəməri uğrunda mübarizədə Roman Qolovaşçenko (Ukrayna) ilə Yaqub Sağlam (Türkiyə) üz-üzə gəldilər. Bu görüş 12 raunddan ibarət idi.

Fariz Məmmədovla Matias Pelk arasında 12 raundluq döyüş isə, saat 23:30-da start götürdü. Mütəxəssislərin şərhinə görə, bu qarşılaşma Avropa boks ictimaiyyətinin diqqət mərkəzində idi. Boksçumuz arenaya Bayatı-Şiraz muğamının sədası altında daxil oldu. Azərbaycan və Almaniyanın dövlət himnləri səsləndirildikdən sonra, gecənin döyüşü başladı.

Fariz məsələni ilk raundlarda həll etmək üçün, irəli atıldı. Amma rəqibin təcrübəsi onun istəyinin gerçəkləşdirməsinə mane oldu. 4-cü hissədən sonra idmançımız yorulmağa başladı və matç ərzində bir neçə güclü zərbə buraxdı. 8-ci raunda Fariz döyüşdən istina etdi və almaniyalı boksçu qələbə qazandı.

Xəbər 1234 dəfə oxundu.