Puyol karyerasını bitirməyi planlaşdırır
Barselonanın müdafiəçisi Karles Puyol yayda karyerasını bitirməyi nəzərdən keçirir. 35 yaşlı futbolçu özünün fiziki durumundan narazıdır.Bu da onun sabit oynamasına imkan vermir. İlk növbədə sağ dizi onu narahat edir.

Bütün bunlardan əlavə Barselona səviyyəsində oynaya bilmədiyini başa düşdüyünə görə Puyol karyerasını digər komandada davam etdirməyi də düşünür. Mövsümün sonuna qədər fiziki vəziyyətini bir daha nəzərdən keçirərək o, ya Qatar və ya ABŞ-a yollanacağına qərar verəcək.

Əgər sağlamlığı imkan verməsə müdafiəçi karyerasını başa vuracaq. Artıq bu barədə 35 yaşlı futbolçu klubdakı şəxsləri də məlumatlandırıb.

Xəbər 826 dəfə oxundu.