Qaret Beyl: "Ronaldo çox zarafatcıldır"
"Real"ın (Madrid) futbolçusu Qaret Beyl maraqlı açıqlama verib.

Britaniya mətbuatına danışan uelsli yarımmüdafiəçi Karlo Ançelotti, Zinəddin Zidan və Kriştiano Ronaldo haqda müsbət fikirlər səsləndirib:

"Ançelotti çox yaxşı çalışdırıcıdır. O, oyunçuları ilə zarafat etməyi sevir. Paul Klement kimi ingiliscə danışa bilən köməkçisinin olması mənim üçün çox yaxşı oldu. Zidan da bizimlə məşqlərdə iştirak edir. İndi o, forma geysə, yenə çox yaxşı təsir bağışlayardı. Ronaldo isə çox əyləncəli biridir. Mənə mütəmadi olaraq tövsiyələr verir. Onunla çoxlu zarafatlarımız olur" - deyə Beyl bildirib.

Xəbər 1148 dəfə oxundu.