Çixradze: "AZAL-la oyunlarımız həmişə çətin keçib"
“Yaxşı oyun nümayiş etdirdik. AZAL-la oyunlarımız həmişə çətin keçib. Qalib gəlib, turnir cədvəlində irəliləməli idik. Bunu bacardıq, komandaya təşəkkürümü bildirirəm".

İdman.com.az-ın PFL-ın saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Simurq"un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqanın 17-ci turunda AZAL-la oyundan (3:0) sonra deyib.

" Soyuq havada sonadək bizi dəstəklədikləri üçün azarkeşlərə minnətdaram” - deyə o bildirib.

Xəbər 811 dəfə oxundu.