"Çelsi"dən üç futbolçuya yeni müqavilə
"Çelsi" klubunun üç futbolçusuna yeni müqavilə təklif edəcək.

Bu barədə London klubunun baş məşqçisi Joze Mourinyo açıqlamasında deyib.

Portuqaliyalı mütəxəsssis bildirib ki, Con Terri, Frənk Lempard və Eşli Koulla mövsümün sonunda müqaviləni uzatmaq planlaşdırılır: "Onlar da "Çelsi" də qalmaq istəyir. Biz həmin futbolçulara, onlar da bizə güvənir. Mövsümün sonuna doğru onlara yeni müqavilə təklif olunacaq".

Mourinyo həmçinin qeyd edib ki, mövsümün əvvəlində Lempard və Terri futbolçu karyeralarını ABŞ-da davam etdirmək istəyiblər. Ancaq təcrübəli çalışdırıcı oyunçuları ilə danışaraq onları komandada qalmağa razı salıb.

Xəbər 799 dəfə oxundu.