"Ronaldonun "Qızıl top"u qazanacağına əminəm"
"Real"ın (Madrid) prezidenti Florentino Perez "Qızıl top" mükafatının Kriştiano Ronaldoya verilməli olduğunu deyib.

O bildirib ki, bu mükafatı portuqaliyalı hücumçu almasa, böyük haqsızlıq olacaq: "Ronaldonun "Qızıl top"u qazanacağına əmniməm. Bu, baş verməsə, adil omaz. Hər kəs onun dünyanın ən yaxşısı olduğunu və möhtəşəm bir il keçirdiyini bilir".

Qeyd edək ki, "World soccer" dərgisinin apardığı səsvermədə Ronaldo ilin ən yaxşı futbolçusu seçilib. Bu səsvermədə birinci olan futbolçu son 14 ildə "Qızıl top"u da qazanıb.

Xəbər 828 dəfə oxundu.