Sərbəst güləş üzrə "Gələcəyin olimpiyaçıları" məlum oldu | |
Tofiq Bəhramov adına Respublika stadionunun güləş zalında yeniyetmə qızlar, sərbəst və yunan-Roma güləşi üzrə kiçik yaşlı yeniyetmə oğlanlar arasında "Gələcəyin olimpiyaçıları" adlı açıq respublika yarışı keçirilir. İdman.com.az saytı xəbər verir ki, turnirin məqsədi Azərbaycanda qadın güləşi, sərbəst və yunan-Roma güləşlərinin inkişafına və kütləviliyinə nail olmaq, ehtiyat qüvvələri aşkar etmək və yarışın nəticələrinə əsasən perspektivli idmançıların yığma komandaya cəlb edilməsindən ibarətdir. Bu gün start götürən yarışda yeniyetmə qızlar və sərbəst güləşi üzrə kiçik yaşlı yeniyetmələr mübarizə aparıb. Yeniyetmə qızların yarışında 42, sərbəst güləşçilərin yarışında 120 idmançı mükafatlar uğrunda yarışıb. Bu gün keçirilən yarışda qalib və mükafatçıların adları məlumdur: Yeniyetmə qızlar: 38 kq 1. Zemfira Ələkbərli – Məhsul İC 2. Ramilə Əliyeva – Zaqatala 3. Arzu Manayeva – Zaqatala 40 kq 1. Aynur Camalova – Məhsul İC 2. Dilbər Dərgahova – Zəngilan 3. Nahidə Sərkərova – Abşeron 43 kq 1. Ülkər Babayeva – 16 UGİM 2. Yasəmən Məcidli – Abşeron 3. Türkan Osmanova – Abşeron 46 kq 1. Türkan Nəsirova – Abşeron 2. Gülcahan Hacıyeva – Məhsul İC 3. Dərsul Məmmədova – Cəngi GK 3. Adelina Mirzəyeva – Məhsul İC 49 kq 1. Şəbnəm Əhmədova – Cəngi GK 2. Sabina Həmzəlizadə - Abşeron 3. Fidan Əsgərova – Gəncə 3. Sona Tumarxanova – Məhsul İC 52 kq 1. Tatyana Varansova – Neftçi İSM 2. Ləman Kərimova – Abşeron 3. Gülnarə Hacıyeva – Gömrük 56 kq 1. Ləman Qurbanova – Neftçi İSM 2. Leyla Orucova – Məhsul İC 3. Dürdanə Əliyeva – Cəngi GK 60 kq 1. Firuzə İbrahimova – Abşeron 2. Aydan Mustafayeva – Məhsul İC 3. Arzu Hüseynova – Gəncə 65 kq 1. Rəhilə Quluzadə - Neftçi İSM 70 kq 1. Anita Kələntərova – Neftçi İSM 2. Günel Həsənli – İsmayıllı 3. Şəbnəm Xudayarlı - Abşeron Kiçik yaşlı sərbəst güləşçilər: 32 kq 1. Tofiq Əliyev – Gəncə 2. Şahmurad Usublu – Şamaxı 3. İlyas Hacıyev – Rusiya 3. Cabbar Məmmədzadə - Gəncə, Təhsil 35 kq 1. Əsgər Məmmədəliyev – Qazax, GİN 2. Həzrət Maqsudov – Siyəzən 3. İsa Həsənov – Gəncə 3. Murat Djakupov – Rusiya 38 kq 1. Əşrəf Aşurov – Qazax, GİN 2. Ramiz Həsənov – Gəncə 3. Vüsal Hüseynov – Siyəzən 3. Telman Əliyev – Gəncə 42 kq 1. Murad Məmmədov – Gəncə, Təhsil 2. Rəşad Əzizov – Şağan GK 3. Seymur Cəbrayılov – Abşeron 3. Xatir Rzayev – Lənkəran 47 kq 1. İlkin Məmmədov – Gəncə RİM 2. Nadir Əsgərov – Müşviqabad GK 3. Pərviz İlyasov – Şabran 3. Bilal Tavayev – Rusiya 53 kq 1. Canbulat Umarakaev – Dağıstan 2. Rakif Eminov – Şağan GK 3. Şahin Qədirli – İsmayıllı 3. Kəramət Əliyev – Naxçıvan 59 kq 1. Miryamin Seyidov – Təhsil İC 2. Əmir Hüseyn – Şağan GK 3. Cavidan Quliyev – Şağan GK 3. Allahverdi İsmayılov – Gəncə 66 kq 1. Əzəmət Cəlilov – Dağıstan 2. Əbdülxaliq Quluzadə - MOİK 3. Emin Yusifov – Cəlilabad 3. Cəfərsadiq Muradlı – Cəlilabad 73 kq 1. Abdulmuslim Mamedov – Təhsil İC 2. İsa Əmirxanov - Şəmkir 3. Məhəmməd Sadıqov – Cəlilabad 3. Taleh İsmayılov – Gəncə Fəxri kürsünün ilk üçlüyündə qərar tutmuş idmançılar diplom, medal və hədiyyələrlə təltif edilir. Sabah isə, kiçik yaşlı yeniyetmə yunan-Roma güləşçiləri yarışa qatılacaq. |
|
Xəbər 3228 dəfə oxundu. |
|
|