Avroliqada qrup mərhələsinin ən yaxşıları müəyyənləşdi
Geridə qalan Avropa Liqasının qrup mərhələsinin ən yaxşı "11"liyi müəyyənləşib.

Siyahıda bir türk futbolçu da var.

Belə ki, qrup mərhələsini yüksək səviyyədə keçirən "Trabzonspor" klubunun hücumçusu Olcay Adin Avroliqanın ən yaxşıları sırasında yer alıb. 28 yaşlı futbolçu qrup mərhələsində 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.




Avropa Liqasının qrup mərhələsinin ən yaxşı "11"liyi belədir:

Qapıçı: Vladislav Stoyanov ("Ludoqorets")

Müdafiəçilər: Qonzalo Rodriqez ("Fiorentina"), Nik Vierqever ("AZ Alkmaar"), Xordi Amat ("Suonsi Siti"), Yan Vertongen ("Tottenhem")

Yarımmüdafiəçilər: Bibras Natxo ("Rubin", Kazan), Hans Henrik Andreasen ("Esbjerq"), Fabien Kamus ("Genk")

Hücumçular: Andrey Yarmolenko ("Dinamo", kiyev), Olcan Adin ("Trabzonspor"), Alan ("Zalzburq")

Xəbər 850 dəfə oxundu.