Robin van Persi bir aylıq sıradan çıxdı
İngiltərənin "Mançester Yunayted" klubu ciddi itki ilə üzləşib.

Komandanın hücumçusu Robin van Persi bir aylıq sıradan çıxıb.

Bu barədə klubun baş məşqçisi David Moyes açıqlamasında deyib: "Persi Çempionlar Liqasının qrup mərhələsində "Şaxtyor"la (Donetsk) matçda künc zərbəsini yerinə yetirərkən zədələnib. Buna görə də bir ay forma geyə bilməyəcək".

Qeyd edək ki, van Persi bu mövsüm 10 qol vurub.

Xəbər 870 dəfə oxundu.