Almaniya Futbol Federasiyasından maraqlı addım
Almaniya Futbol Federasiyası (AFF) Braziliyada təşkil olunacaq dünya çempionatı öncəsi maraqlı addım atıb.

Federasiya millinin üzvlərinin Braziliyada rahat olacağı bir otel tapa bilmədiyi üçün ölkədə baza tikmək qərarı alıb.

Bahia əyalətində 13 evdən, futbol meydançası, mətbuat mərkəzi və digər lazımlı məkanlar tikməyi planlaşdıran federasiya bu işləri dünya çempionatına qədər hazır edəcək.

Hava limanından 15 km uzaqlıqda olacaq bazaya Kampo Bahia adı veriləcək. Tikinti üçün çəkiləcək xərclərin böyük hissəsini millinin baş sponsoru "Mersedes" şirkəti ödəyəcək.

Xəbər 792 dəfə oxundu.