ABŞ millisi baş məşqçisi ilə müqavilə yenilədi
ABŞ Futbol Federasiyası (AFF) millinin baş məşqçisi Yurgen Klinsmanla müqaviləni yeniləyib.

Bu barədə federasiyasının prezidenti Sunil Qulati açıqlamasında deyib.

Bildirib ki, alman mütəxəssislə sözləşmənin müddəti 4 illik uzadılıb: "Klinsman ötən iki il ərzində komandada çox böyük işlər gördü. Biz də bu uğurun davam etməsini istəyirik".

Qeyd edək ki, ABŞ millisi Klinsmanla 27 qalibiyət, 10 bərabərlik və 7 məğlubiyyətlə tarixinin ən uğurlu dönəmlərindən birini yaşayıb.

Xəbər 816 dəfə oxundu.