"Qalatasaray"lı futbolçular "Mançester Yunayted"i istəyir
Çempionlar Liqasının qrup mərhələsində "Yuventus"u məğlub edərək növbəti mərhələyə yüksələn "Qalatasaray"lı futbolçuların 1/8 finalda hansı klubla qarşılaşmaq istədiyi məlum olub.

İstanbul təmsilçisinin oyunçularının çoxu püşkatmada "Mançester Yunayted"lə düşmək istəyir.

"Bavariya" isə "Qalatasaray"lı futbolçuların qarşılaşmaq istəmədikləri ilk komandadır.



"Qalatasaray"dan kim hansı komandanı istəyir?

Didye Droqba: "Mançester Yunayted"
Uesli Sneyder: "Mançester Yunayted"
Burak Yılmaz: "Mançester Yunayted"
Fernando Muslera: "Mançester Yunayted"
Emmanuel Ebue: PSJ
Şedju: "Borussiya" (Dortmund)
Albert Riera: "Atletiko" (Madrid)

Qeyd edək ki, ÇL-in 1 /8 finalının püşkü dekabrın 16-ə atılacaq.

Xəbər 825 dəfə oxundu.