"Marakana" stadionu sular altında qaldı
2014-cü il futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək Braziliyanın "Marakana" stadionu sular altında qalıb.

1950-ci ildə inşa edilən və qısa müddət əvvəl yenilənən stadiona güclü yağış yağıb.

Bunun nəticəsində dünya çempionatının final matçının baş tutacağı "Marakana" stadionuna maddi ziyan dəyib.

Qeyd edək ki, "DÇ-2014"ün final oyunu iyulun 13-ü keçiriləcək.

Xəbər 984 dəfə oxundu.