Vilya: "Barselona" məni "Arsenal"a buraxmadı"
"Atletiko" (Madrid) klubunun hücumçusu David Vilya mövsümün əvvəlində "Arsenal"dan təklif aldığını etiraf edib.

Vilya həmin vaxt "Barselona"nın onu "Arsenal"a buraxmadığını bildirib:

"Arsenal" mənə çox cəlbedici təklif göndərmişdi. Lakin həmin vaxt "Barselona" məni London klubuna buraxmadı. Nəticədə "Atletiko"ya transfer oldum. Bundan heç də peşman deyiləm. "Atletiko"nun formasını geyindiyim üçün çox şadam".

Xəbər 1116 dəfə oxundu.