Fatih Terim ilin ən yaxşılarını seçdi
Türkiyə millisinin baş məşqçisi Fatih Terim UEFA-nın təşkil etdiyi "2013-cü ilin ən yaxşı rəmzi komandası" üçün səsvermədə iştirak edib.

Təcrübəli mütəxəssis UEFA-nın rəsmi saytına açıqlamasında kimlərə səs verdiyi barədə danışıb. Bildirib ki, seçdiyi futbolçuların çoxu milli komandalarda və Avropa liqalarında forma geyən oyunçulardır: "Həmin oyunçuların çoxu uzun müddətdir ki, yaxşı çıxışları ilə diqqət çəkir. Əgər sadəcə bir seçim haqqım olsaydı, Serxio Ramosu seçərdim. Çunki onun indiyə kimi hansısa bir matçda iştirak etmədiyini görməmişəm. Ramos fantastik futbolçudur. Kriştiano Ronaldo haqda da eyni sözləri deyə bilərəm".

Fatih Terimin "2013-ci ilin ən yaxşı rəmzi komandası" üçün seçdiyi futbolçular aşağıda adları qeyd olunanlardır:

Qapıçı: Manuel Noyer ("Bavariya")

Müdafiəçilər: Filipp Lam (Bavariya"), Serxio Ramos ("Real" Madrid) , Tiaqo Silva (PSJ), David Alaba ("Bavariya")

Yarımmüdafiəçilər: Aryen Robben, Bastian Şvaynştayqer (hər ikisi "Bavariya"), Qaret Beyl ("Real" Madrid), Məsut Özil ("Arsenal")

Hücumçular: Kriştiano Ronaldo ("Real" Madrid), Lionel Messi ("Barselona")

Xəbər 776 dəfə oxundu.