PFL bir oyunun yerini dəyişdirdi
Futbol üzrə azərbaycan I Divizionunda 14-cü turun “Qaradağ Lökbatan” – “Şəmkir” matçının keçirilmə yeri dəyişdirilib.

İdman.com.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, buna səbəb Lökbatan qəsəbə Olimpiya İdman Kompleksinin stadionunun ot örtüyünün hava şəraitilə əlaqədar olaraq yaxşı vəziyyətdə olmamasıdır.

Bu səbəbdən oyun Binə qəsəbə stadionunda keçiriləcək.


14 dekabr (şənbə)

“Qaradağ Lökbatan” – “Şəmkir”
Hakimlər: Xəlil Hüseynli, Hüseyn Əsgərov, Maqsud Şıxəliyev, Qorxmaz Eldarov
Hakim-inspektor: Adil Ələsgərov
Binə qəsəbə stadionu, 14:00

Xəbər 850 dəfə oxundu.