"Barselona"dan David Luizə 35 milyon avro
İspaniyanın "Barselona" klubu "Çelsi"nin müdafiəçisi David Luizi transfer etməkdə israrlıdır.

Kataloniya təmsilçisi braziliyalı futbolçunun keçidi üçün yenidən "Çelsi"yə müraciət edib.

"Barselona" təcrübəli müdafiəçinin transferi üçün qarşı tərəfə 35 milyon avro təklif göndərib. London klubunun bu təklifi müsbət qarşıladığı bildirilir. Lakin David Luiz "Barselona"ya transfer olunarsa, 26 yaşlı futbolçu Çempionlar Liqasında komandasına kömək edə bilməyəcək. Buna səbəb isə Luizin bu mövsüm "Çelsi"nin heyətində Çempionlar Liqasında çıxış etməsidir.

Qeyd edək ki, Luiz 2011-ci ildə "Benfika"dan "Çelsi"yə transfer olunmuşdu.

Xəbər 796 dəfə oxundu.