"Sumqayıt" Futbol Klubu hazırlığını davam etdirir
Azərbaycan Premyer Liqasının 17-ci turunda səfərdə "İnter"lə qarşılaşacaq "Sumqayıt" Futbol Klubu hazırlığını davam etdirir.

Havanın qarlı olmasına baxmayaraq, komanda məşqə planlaşdırdığı vaxtda çıxıb. Bir müddət əvvəl məşqdə zədələnən qapıçı Tərlan Əhmədlidən başqa heyətdə itki yoxdur. "Sumqayıt" FK sabah oyunun keçiriləcəyi saatda "Şəfa" stadionunda oyunöncəsi son məşqinə çıxacaq.

Qeyd edək ki, "İnter" - "Sumqayıt" oyunu dekabrın 14-də saat 17:00-da "Şəfa" stadionunda start götürəcək

Xəbər 698 dəfə oxundu.