Almaniyadan tarixi uğur
Çempionlar Liqası tarixində ilk dəfə Almaniyanın 4 klubu 1/8 finala vəsiqə qazanıb.

Lent.az-ın məlumatına görə, Dortmund “Borussiya”sı ilə “Bavariya” qrup liderləri kimi mərhələ adlayıblar.

“Şalke” və “Bayer” isə qrup ikincisi olaraq, “pley-off”a çıxıblar. İngiltərə də növbəti mərhələdə 4 klubla təmsil olunacaq. Onlardan “Mançester Yunayted”lə “Çelsi” qrup liderləri, “Mançester Siti” ilə “Arsenal” isə qrup ikinciləridirlər. Növbəti mərhələyə yüksələn qalan 8 komandadan 3-ü İspaniyanı, hərəyə 1-i Fransa, Türkiyə, Yunanıstan, İtaliya və Rusiyanı təmsil edir.


Bu komandalar püşkatma mərasimində 2 səbətə bölünəcəklər:

1-ci səbət: “Mançester Yunayted”, “Real Madrid”, PSJ, “Bavariya”, “Çelsi”, “Borussiya”, “Atletiko”, “Barselona”

2-ci səbət: “Bayer”, “Qalatasaray”, “Olimpiakos”, “Mançester Siti”, “Şalke”, “Arsenal”, “Milan”, “Zenit”.

Qeyd edək ki, püşkatma mərasimi dekabrın 16-da olacaq.

Xəbər 666 dəfə oxundu.