Taekvondo üzrə Qran-pri yarışlarında idmançılarımızın rəqibləri məlum olub
Dekabrın 13-də Mançesterdə (İngiltərə) taekvondo üzrə Qran-pri yarışları başlayır.

Bu yarışda Azərbaycan idmançılarının ilk rəqibləri məlum olmuşdur.

80 kq-dan yuxarı çəki dərəcəsində Radik İsayevin rəqibi amerikalı Tomas Lambdin olacaq. Mikail Əliyev (58 kq) ABŞ-dan olan Taşi Şerp ilə görüşəcək. Ramin Əzizovun (80 kq) rəqibi Xuan Arnaldo Sançes (Puerto-Riko)– Ridvan Bayqut (Türkiyə) görüşünün qalibi olacaq.

Fəridə Əzizova (67 kq) Katerina Alvarado ilə (Kosta-Rika), Günay Aqakişieva (57 kq) isə Anyeli Kontrerasla (Çili) görüşəcək.
Qeyd edək ki, Qran-pri yarışları qalibləri öz reytinq aktivinə 80 xal, gümüş mükafatçılar 60 xal, bürünc mükafatçılar isə 40 xal əlavə edəcəklər.


Xəbər 734 dəfə oxundu.