Salyanda açıq rayon birinciliyi keçirilib
Dekabrın 11-də Salyan Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo idman növü üzrə yeniyetmələr arasında açıq rayon birinciliyi keçirilib.

Birinciliyin keçirilməsində əsas məqsəd Ümummilli Lider H. Əliyevin xatirəsini əbədiləşdirmək, yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunu aşılamaq, perspektivli idmançıları aşkar etmək və cüdo idman növünün kütləviliyinə nail olmaqdan ibarət olub.

Birincilikdə Salyan idmançıları ilə yanaşı Şirvan, Beyləqan, Beləsuvar və İmişli rayonundan gəlmiş idmançılar da iştirak edib.
11 çəki dərəcəsində, ümumilikdə 53 nəfər idmançının iştirakı ilə keçirilən mübarizələrin sonunda Şirvan birinciyə, Salyan ikinciyə və İmişli rayonunun komandası isə üçüncü yerə layiq görülüb.
Sonda qaliblər Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla mükafatlandırılıblar.

Xəbər 1952 dəfə oxundu.