Qadın boksçularımız Qazaxıstandan 5 medalla döndülər
Qazaxıstanın Almatı şəhərində əməkdar məşqçi Menqerey Xayrutdinovun xatirəsinə həsr olunmuş boks turnirinə yekun vurulub. Azərbaycan milli komandası yarışda 1 qızıl, 1 gümüş və 3 bürünc medala sahib olub. 81 kq çəki dərəcəsində mübarizə aparan Aynur Rzayevə final görüşündə qalib gələrək, turnirin baş mükafatına yiyələnib. Yana Alekseyeva isə (60 kq) həlledici görüşdə Astana boksçusu Aleksandra Ritkovskayaya uduzaraq, gümüş medala sahib olub. Xatırladaq ki, Əzizə Abbasova (48 kq), Leyla Cavadova (75 kq) və Anna Əlimardanova (51 kq) bürünc medalla kifayətləniblər.

Xəbər 1099 dəfə oxundu.