Mourinyo "Mançester Yunayted"in hücumçusunu istəyir
"Mançester Yunayted" klubundan ayrılacağı gözlənilən Ueyn Runi karyerasını "Çelsi"də davam etdirə bilər.

London təmsilçisi Runinin transferində maraqlıdır.

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo mövsümün əvvəlində ingilis futbolçuya rəsmi təklif göndərsə də, "Mançester Yunayted" buna etiraz etmişdi. "Zadəganlar" yanvar ayında yenidən Runi ilə danışıqlara başlayacaq. Tərəflər arasında razılıq əldə olunarsa, Runi yanvar ayından "Çelsi"nin şərəfini qoruyacaq.

Qeyd edək ki, 2004-cü ildən "Mançester Yunayted"in şərəfini qoruyur.

Xəbər 1085 dəfə oxundu.