SOCAR-ın növbəti qələbəsi

Sloveniyanın Roqaska Slatina şəhərində keçirilən şahmat üzrə klublararası Avropa çempionatında 5-ci turun qarşılaşmaları keçirilib.
Yarışda ölkəmizi təmsil edən Bakının SOCAR komandası bu turda İsveçin “Lunds” klubu ilə qüvvəsini sınayıb.

İlk 4 turdan sonra aktivində 6 xalı olan komandamız növbəti qələbəsini qazanıb. SOCAR bu dəfə 4,5:1,5 hesabı ilə qalib gəlib.

V tur

SOCAR - Lunds - 4,5:1,5

Aleksnadr Qrişuk - Hans Tikkanen - 0,5:0,5
Şəhriyar Məmmədyarov - Nils Qrandelius - 1:0
Emil Sutovski - Aksel Smit - 0,5:0,5
Andrey Volokitin - Yasmin Beytoviç - 1:0
Rauf Məmmədov - Silas Lund - 0,5:0,5
Eltac Səfərli - Sebestyan Nilson - 1:0

Xəbər 977 dəfə oxundu.