"Qalatasaray"dan bir ilk | |
Çempionlar Liqasının qrup mərhələsində dünən "Yuventus"u məğlub edərək 1/8 finala yüksələn "Qalatasaray" bir ilkə imza atıb. İstanbul klubu ÇL-də ardıcıl iki dəfə 1/8 finala vəsiqə qazanan ilk türk klubu olub. Bundan əvvəl "Cim Bom" 2001/2002 mövsümündə qrupdan çıxmağı bacarsa da, 2002/2003 mövsümündə bunun öhdəsindən gələ bilməmişdi. Qeyd edək ki, "Qalatasaray" - "Yuventus" matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. |
|
Xəbər 731 dəfə oxundu. |
|
|