“Sağlamlıq-2013” Respublika spartakiadasının yekunu
“Spartak” Könüllü Bədən tərbiyəsi və idman cəmiyyətinin keçirdiyi “Sağlamlıq-2013” Respublika spartakiadası başa çatıb.

Yarışların əsas məqsədi rabitə sahəsində çalışan işçilərin sağlamlığının qorunması, fiziki cəhətdən möhkəmləndirilməsinin təmin edilməsi və AHİTA-nın sahələrarası keçiriləcək Spartakiadaya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin ayrı-ayrı idman növləri üzrə yığma komandalarının heyətlərinin müəyyən edilməsi olub.

9 idman növü şahmat, dama, stolüstü tennis, kəndirdatma, voleybol, atletika (kross), güllə atıcılığı və mini futbol üzrə keçirilən yarışlarda ümumilikdə 1200 nəfər iştirak edib.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin strukturuna daxil olan 14 komanda: “Aztelekom” İstehsalat Birliyi, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi, Azərbaycan Texniki Universiteti, “Teleradio” İstehsalat Birliyi, Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci, Hərbiləşdirilmiş Mühafizə İdarəsi, Dövlət Radiotezlikləri İdarəsi, Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi, “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti, Məlumat Hesablama Mərkəzi, Bakcell, SİNAM Məhdud Məsuliyyətli Cəmiyyəti, “Azercell” Məhdud Məsuliyyətli Cəmiyyəti və “DİLMANC” Layihənin kollektivləri fəal iştirak ediblər.

Ümumi komanda hesabında birinciyə “Aztelekom”, ikinciyə Bakı Telefon Rabitəsi İstehsalat Birliyi, üçüncü yerə Azərbaycan Texniki Universiteti layiq görülüb.

Ayrı-ayrı idman növləri üzrə spartakiadanın qalibləri isə bunlardır:

Stolüstü tennis (10 komanda)
I yer- “Aztelekom” İB
II yer- Azərbaycan Texniki Universiteti
III yer- “Azərpoçt” MMC

Şahmat (12 komanda)
I yer- Bakı Telefon Rabitəsi İstehsalat Birliyi
II yer- Azərbaycan Texniki Universiteti
III yer- “Aztelekom” İB

Dama (10 komanda)
I yer- “Aztelekom” İB
II yer- Məlumat Hesablama Mərkəzi
III yer- BTRİB

Nərd (13 komanda)
I yer- SİNAM MMC
II yer- BTRİB
III yer -“Teleradio” İB

-2-


Kəndirdartma (10 komanda)
I yer- Azərbaycan Texniki Universiteti
II yer- Hərbiləşdirilmiş Mühafizə İdarəsi
III yer- “Aztelekom” İB

Voleybol (8 komanda)
I yer- “Aztelekom” İB
II yer- Bakı Telefon Rabitəsi İstehsalat Birliyi
III yer- Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi

Atletika ( 7 komanda)
I yer- Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci
II yer- “Aztelekom” İB
III yer- Bakı Telefon Rabitəsi İstehsalat Birliyi

Mini Futbol (10 komanda)
I yer- Bakı Telefon Rabitəsi İstehsalat Birliyi
II yer- “Aztelekom” İB
III yer- Hərbiləşdirilmiş Mühafizə İdarəsi

Güllə atıcılığı (12 komanda)
I yer- “Aztelekom” İB
II yer- Bakcell MMC
III yer- Azercell MMC

Sonda yüksək yerləri tutan komandalar fəxri fərmanlar, pul mükafatları ilə təltif olunublar.

Xəbər 1081 dəfə oxundu.