Paytaxtın ən güclü yeniyetmə güləşçiləri müəyyənləşəcək

Oktyabrın 3-dən 8-nə qədər sərbəst güləş üzrə yeniyetmələr arasında Bakı birinciliyi keçiriləcək. İdman.com.az saytı xəbər verir ki, birincilikdə paytaxtın idman klubları və cəmiyyətlərindən 1995-1996-cı illər təvəllüdlü güləşçilər iştirak edəcək. Paytaxt birinciliyi oktyabrın sonlarında Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunacaq respublika turnirinə seçmə xarakteri daşıyır.

Xəbər 999 dəfə oxundu.