"Qalatasaray"ın 1/8 finaldakı potensial rəqibləri bəlli oldu
Çempionlar Liqasının qrup mərhələsinin son turunda evdə "Yuventus"u 1:0 hesabı ilə məğlub etməklə 1/8 finala yüksələn "Qalatasaray"ın bu mərhələdəki potensial rəqibləri müəyyənləşib.

B qrupundan ikinci olaraq növbəti mərhələyə adlayan "Cim Bom" 1/8 finalda digər 7 qrupun qaliblərindən biri ilə qarşılaşacaq.

Bu rəqiblər arasında "Mançester Yunayted", PSJ, "Bavariya", "Atletiko" (Madrid) və "Real" (Madrid) kimi komandalar var. "Qalatasaray"ın digər üç potensial rəqibinə isə ÇL-in qrup mərhələsinin son turunda bu aşxam baş tutacaq oyunlardan sonra aydınlıq gələcək.





"Qalatasaray"ın 1/8 finaldakı potensial rəqibləri:

I səbət:

"Mançester Yunayted" (İngiltərə)
PSJ (Fransa)
"Bavariya" (Almaniya)
"Atletiko" (Madrid)
"Real" (Madrid)


II səbət:

"Qalatasaray" (Türkiyə)
"Bayer" (Leverkuzen)
"Mançester Siti" (İngiltərə)

Xəbər 821 dəfə oxundu.