"Barselona" Messiyə güzəştə getməyəcək
"Barselona" klubunun vitse-prezidenti Xavyer Faus Lionel Messinin komandadan yüksək maaş tələb etməsinə münasibət bildirib.

"Katalonya Radio"suna danışan klub rəsmisi Messiyə güzəştə getməyəcəklərini deyib:

"Nəyə görə Messi ilə yeni müqavilə imzalamalıyıq. Hər 6 aydan bir müqavilə yeniləməyimizə ehtiyac yoxdur".

"Real" (Madrid) klubuyla 2018-ci ilə qədər müqavilə imzalayan Kriştiano Ronaldonun ilinə 17-18 milyon avro qazandığı bildirilir. Bundan sonra "Barselona"nın klubunun da Messinin maaşını artıraraq onu dünyanın ən çox qazanan futbolçusu edəcəyi iddia olunurdu.

Qeyd edək ki, Messi daha öncə verdiyi açıqlamasında maaşının artırılmayacağı təqdirdə komandadan gedəcəyini bildirmişdi.

Xəbər 893 dəfə oxundu.